Füzuli rayonu Alıxanlı kəndinə təbii qaz verildi. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Alıyev bildirdi ki, rayonun təbii qaz olmayan digər yaşayış məntəqələrinədə qaz çəkilişi davam edir. Yaxın vaxtlarda Qarabağ və Bala Bəhmənli kəndlərinə təbii qaz veriləcəkdir.
Füzuli rayon ictimaiyyəti, idarə və müəssisə kollektivlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə tədbir keçirildi.Tədbirdə 1500 nəfərdən cox rayon əhalisi iştirak etdi. Tədbir Horadiz şəhəri, Heydər Əliyev adına parkda Ulu öndərin abidəsi önundə keçirildi
Füzuli rayonunda “Şəhidlər abidə kompleksi”nin qarşısında Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar olaraq rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev çıxış etdi.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev 3 N-li Qayıqış qəsəbəsində səyyar qəbul keçirmişdir. Tədbirdə vətəndaşlar dinlənilmiş və onların bəzi müraciətləri yerind araşdırılaraq həll edilmişdir. Digər müraciətlərinin həlli üçün aidiyyəti idarə və müəssisələrə tapşırıqlar verilmişdir.
Füzuli rayonunun 2012-ci ilin birinci rübünün sosial –iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.