Şriftin ölçüsü :

Saytın rəngi :

Horadiz şəhərində hərbi vətənpərvərlik tədbiri kecirildi

19 noyabr 2015 | 16:00

Horadiz şəhəri Olimpiya idman kompleksinin stadionunda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə   “Sənə inanırıq ölkə rəhbəri, sənə güvənirik, Vətən əsgəri!” devizi altında kütləvi hərbi vətənpərvərlik bayramı keçirildi. Bayramda  10000 nəfərə yaxın yerli əhali və silahlı qüvvələrin şəxsi heyəti iştirak etdi. Teatrlaşdırılmış tədbirdə Gəncə, Füzuli dövlət dram teatrlarının aktyorları, silahlı qüvvələrin, mahnı və rəqs ansamblı,  hərbi hissələrin və rayon mədəni maarif müəssisələrinin birləşmiş özfəaliyyət kollektivləri, uğurlu Horadiz əməliyyatının veteranları, şəhid ailələri iştirak etdilər.

Keçidlər