Şriftin ölçüsü :

Saytın rəngi :

Altkirç şəhərinin meri Horadiz şəhərinə səfər etmişdir

27 aprel 2016 | 16:00

Fransa Respublikasının Alzas-Şampan-Arden-Loran regionunun Altkirç şəhəri ilə Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz şəhəri arasında 3 aprel 2016-cı il tarixdə imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası ilə əlaqədar Altkirç şəhərinin meri cənab Jan-Luk Reytzer 27 aprel 2016-cı il tarixdə Horadiz şəhərində oldu.
Qonaqlar Heydər Əliyev abidəsini ziyarət etdilər, Heydər Əliyev Mərkəzi ilə tanış oldular, Horadiz şəhərində küçələrdən birinə “Altkirç küçəsi” adı verildi və həmin küçənin açılışı oldu. Sonra Füzuli rayon Dram Teatrında,  Şahmat məktəbində, Qəhrəmanlar Parkında, Bayraq Meydanında, 3 N-li tam orta məktəbdə, Tarix-Diyarşünaslıq muzeyində oldular. Yekunda Rayon İcra Hakimiyyətində sənədlər imzalandı,  Muğam Mərkəzində konsert proqramı təqdim olundu.

Keçidlər